Haqqımızda

Haqqımızda

Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşma Simpoziumu

Simpoziumun əsas məqsədi müvafiq sahələrdə elmi bilik və təcrübə mübadiləsini təmin etmək, tədqiqat nəticələrini müzakirə etmək və iştirakçı tədqiqatçıların işlərini təqdim etmək olacaqdır. Simpozium çərçivəsində maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma sahəsində mövcud problemlər və yeni tendensiyalar araşdırılacaq, eyni zamanda gələcək əməkdaşlıqlar üçün imkanlar yaradılacaq və tərəfdaş universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi təmin ediləcəkdir. Həmçinin akademik və praktiki təcrübənin birləşdirilməsi yolu ilə sektorun inkişafına töhfə vermək əsas məqsədlərdən biridir. Simpoziumun əsas istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mühasibatlıq sahəsində bilik və təcrübə mübadiləsini genişləndirməkdir. Simpoziumun hər il müxtəlif bir Türk Dilli dövlətdə keçirilməsi planlaşdırılır.